QHT layihənin icrasına başlamışdır
Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı layihənin icrasına başlamışıdır.
"Paralel.az" xəbər verir ki, layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və vəziyyətinin təhlili aparılacaq, təhlil və monitorinq işləri nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin qısa təsviri hazırlanacaqdır.
Tədqiqatın nəticələrinin 2 təhsil müəssisəsində təqdimatı nəzərdə tutulur. Layihə rəhbəri “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB həmtəsisçisi dos.İlham Əhmədovdur.
Layihə 4 ay davam edəcəkdir.