Zooparkda çəkilən görüntülər çaşqınlıq yaratdı: İnsan, yoxsa ayı? - VİDEO

Zooparkda çəkilən görüntülər çaşqınlıq yaratdı: İnsan, yoxsa ayı? - VİDEO
 

Çindəki zooparkda çəkilən görüntülər bu ölkədə müzakirələrə səbəb olub.

Paralel.az xəbər verir ki, Çinin Hançjou zooparkında ayının insan kimi ayağa qalxaraq ətrafı seyr edən görüntüsü sosial şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaradıb.
Yerli media ziyarətçilərin zooparkdakı ayının gerçək olduğuna inanmadığını yazıb.
Bu ittihamlardan sonra Hançjou zooparkının rəsmiləri açıqlama verməli olub. 
Rəsmilər Malayziyadan gələn günəş ayılarının adi ayılardan daha kiçik və fərqli göründüyünü qeyd ediblər.

Bununla yanaşı, Çindəki qızmar istiləri xatırladaraq, heç kimin qara, tüklü kostyumda bu qədər uzun müddət dayana bilməyəcəyini də əlavə ediblər.

Qərb mediası da zooparkdakı ayının insan ola biləcəyi ilə bağlı iddialar irəli sürüb. 

Britaniyanın “The Telegraph” qəzeti “Cambridge University Press” in araşdırmasına əsaslanaraq heyvanın dərisinin boş olduğunu və buna görə də onun kostyum kimi qıvrımlarının olduğunu yazıb.

“New York Post”un yazdığına görə, zoopark nümayəndəsi mövzu ilə bağlı sualları cavablandırmasa da, ayının real olduğunu sübut etmək üçün jurnalistlər üçün əraziyə xüsusi səfər planlaşdırılır.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.011945009231567