NASA əlaqə kəsilmiş “Voyager-2” zondundan siqnal alıb 

NASA əlaqə kəsilmiş “Voyager-2” zondundan siqnal alıb 
 

NASA iyul ayında əlaqə kəsilmiş “Voyager-2” zondundan siqnal aldığını bildirib.

Bu barədə NASA-nın “Twitter” hesabında xəbər yayılıb.

Məlumata görə, bu, kosmik gəminin yaxşı vəziyyətdə olduğu qənaətinə gəlməyə imkan verir.

2022-ci ilin iyun ayında NASA “Voyager-1” və “Voyager-2” zond sistemlərini 2030-cu ilə qədər işləmək üçün bağlamaq planlarını açıqlayıb. Bəzi ekspertlər hesab edirlər ki, yanacaq kimi istifadə olunan plutonium çox tez parçalandığı üçün cihazların istismar müddəti 2025-ci ildə başa çata bilər.
Qeyd edək ki, 2022-ci ilin iyul ayında “Voyager-1” kosmik zondunun elektronikasının sıradan çıxdığı və mütəxəssislərin nasazlıqları aradan qaldırmaq iqtidarında olmadıqlarını bildirib.

0.017292976379395