Erməni qız Azərbaycanı günahlandırarkən özünü biabır etdi – VİDEOFAKT

Erməni qız Azərbaycanı günahlandırarkən özünü biabır etdi – VİDEOFAKT
 

“Blokada” yalanları ətrafında erməni yalanları davam edir.

Paralel.az xəbər verir ki, daha bir nəfər guya Azərbaycanın haylara qarşı “amansız davranışını” hayqırmaq istəyərkən özünü ələ verib.

Belə ki, video çəkərək “uşaqlarımız acından ölür” deyən erməni qız videofaktlarla ifşa olunub.

Adının Sarena olduğunu və Qarabağda yaşadığını deyən şəxs bildirir:

- Hamı bilir ki, burada nə baş verir, insanlar blokadadır.

Görüntülər isə onun dediklərini inkar edir. Erməni ahıl qadın Azərbaycan tərəfinə göstərdiyi humanizm davranışlarına görə təşəkkür edir.

- Yemək, içmək, su yoxdur. Təbii qaz, elektrik enerjisi mövcud deyil. Uşaqları heç nə ilə qidalandırmaq olmur.

Yenə də video Sarenanın dediklərini yalanlayır. Qarabağda yerləşən restoranlardan birində ermənilər oynayır, kef-damaqdadırlar. Onlar arasında azyaşlılar da yer alıb. Üstəlik, özlərinin Xankəndidən piknikdən paylaşdığı görüntülər də sosial şəbəkə hesablarını bəzəyib.

Sonda isə hayqıran hay qızın öz videosu təqdim olunur. Necə deyərlər, “game over”...

Videonu “bez tormozov” teleqram kanalı hazırlayıb.

0.016432046890259