Dünyanın ən böyük bazarı - Təbriz bazarı

Dünyanın ən böyük bazarı - Təbriz bazarı
 

Dünyanın ən böyük bazarı - Təbriz bazarı

Bu bazar eramızın 4-cü əsrində tikilib.Təbriz bazarı 15 min kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var.

Təbriz Böyük İpək yolunun üstündə yerləşdiyindən, eyni zamanda buradan şimala Şamaxıya, cənuba Bağdada karvan yollarının mövcudluğu Təbrizin mərkəzində yerləşən bazarı bütün ətraf ölkə tacirləri üçün cəlbedici etmişdir.

1891-ci il martın 19-da Nəsrəddin şahın İranda tütün ticarət hüquqlarını ingilis firmasına satmasına etiraz olaraq bütün ölkə ərazisində başlayan etiraz dalğasının önündə Təbriz bazarı idi. 1891-ci il avqustun 19-da Təbriz əhalisi adından şaha müraciət olunur, ardınca şəhər bazarı bağlanır.

1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatının da aparıcı mərkəzi Təbriz bazarı idi.

 

0.018372058868408