Dünya Türkiyəni gözləyir: Qardaş ölkənin qlobal arenada artan rolu

Dünya Türkiyəni gözləyir: Qardaş ölkənin qlobal arenada artan rolu
 

Rusiya taxıl müqaviləsinin dayandırılması dünya mediasının diqqət mərkəzindədir. Bundan ən çox Afrika əziyyət çəkir. Son 2 gündə Kreml Rusiya-Afrika sammiti təşkil edib və burada 17 Afrika dövlət və hökumət başçısı “yeni Qərb müstəmləkəçiliyinə qarşı birgə mübarizə” şüarı ilə çıxış edib. Sammitdə Putin ehtiyacı olan Afrika ölkələrini pulsuz taxılla təmin edəcəyinə söz verib. Rusiyanın Afrikaya böyük marağı yeni deyil. Onun bəzi rejimləri (“Vaqner” vasitəsilə) silah və muzdlularla təchiz etdiyi məlumdur. Rusiya daha bir taxıl dəhlizi yaratmaqla Qərblə ideoloji mübarizə aparır. Ukrayna da taxılını Dunaydan keçirməyə çalışır.

Paralel.az “SETA”ya istinadən xəbər verir ki, dünya paytaxtları Türkiyə və Çinin Rusiyanı razılaşmaya qayıtmağa razı salmasını gözləyir. Çinin xarici işlər naziri təyinatından ertəsi gün Türkiyəyə səfəri zamanı digərləri ilə yanaşı, taxıl müqaviləsi məsələsini də müzakirə edib. Onun səfəri həm də o vaxta təsadüf edib ki, Vilnüs sammitində Türkiyə İsveçin NATO-ya daxil olmasına yaşıl işıq yandırıb. NATO və Aİ ilə münasibətlərdə yeni canlanma atmosferi yaradan Türkiyəyə Çin və Rusiya biganə qala bilməz. Vilnüs sammitindən sonra Ankara ilə Moskva arasında münasibətlərin pisləşəcəyini gözləyənlər dinamik dəyişən geosiyasi balansları və Türkiyənin artan rolunu nəzərə almırlar. Türkiyə ilə əməkdaşlığın cəlbediciliyi həm dünya gücləri, həm də region dövlətləri qarşısında artır. Qlobal təchizat zəncirində daha təsirli rol oynamağa çalışan Türkiyə Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Fars körfəzi və Afrikada əməkdaşlığa və birgə qələbələrə yeni yanaşma tərzi inkişaf etdirir.

 

0.016221046447754