Naxçıvan Ali Məclisi komitələrinin yeni tərkibi təsdiqlənib

Naxçıvan Ali Məclisi komitələrinin yeni tərkibi təsdiqlənib
 

Naxçıvan Ali Məclisi komitələrinin yeni tərkibi təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar muxtar respublikanın qanunverici orqanın avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib.

Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb. 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Komitələr daimi fəaliyyət göstərəcək.

Həmçinin sesiyada Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası təsdiq edilib.

0.015193939208984