Dünyanın ən yaxşı şəhərlərinin siyahısı açıqlandı

Dünyanın ən yaxşı şəhərlərinin siyahısı açıqlandı
 

“The Economist Intelligence Unit” illik “Dünyanın Ən Yaşayan Şəhərləri” siyahısının 2023-cü il versiyasını paylaşıb. Dünyanın ən yaşana bilən şəhəri son 5 ildə dördüncü dəfə Vyana olub.

 “The Economist Intelligence Unit”-in paylaşdığı siyahıya görə, dünyanın ən yaşana bilən şəhərləri Qərbi Avropa və Şimali Amerikada yerləşir. Avstriyanın paytaxtı Vyana yaşamaq üçün ən əlverişli şəhərlər siyahısında birinci yerdədir. Vyana son beş ildə dördüncü dəfə siyahıya başçılıq etməyi bacarıb. Kiyev yaşayış üçün ən əlverişsiz şəhərlər siyahısına əlavə edilib.

Dünyanın ən yaşamalı şəhərləri:

Vyana, Avstriya (98,4)
Kopenhagen, Danimarka (98)
Melburn, Avstraliya (97,7)
Sidney, Avstraliya (97,4)
Vankuver, Kanada (97,3)
Sürix, İsveçrə (97,1)
Kalqari, Kanada (96,8)
Cenevrə, İsveçrə (96,8)
Toronto, Kanada (96,5)
Osaka, Yaponiya (96) - Oklend, Yeni Zelandiya (96)
Dünyanın yaşamaq üçün ən əlverişsiz şəhərləri:

Douala, Kamerun (46,4)
Kiyev, Ukrayna (44)
Harare, Zimbabve (43,8)
Dəkkə, Banqladeş (43,8)
Port Moresbi, Papua Yeni Qvineya (43,4)
Kəraçi, Pakistan (32,5)
Laqos, Nigeriya (42,2)
Əlcəzair, Əlcəzair (42)
Tripoli, Liviya (40,1)
Yerusəlim, İsrail (30.7)
“Economist Intelligence Unit” yaşayış qabiliyyəti indeksini yaradarkən şəhərləri 30-dan çox keyfiyyət və kəmiyyətə görə qiymətləndirir. Bu parametrlərin başında sabitlik, səhiyyə xidmətləri, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktur dayanır. Bütün qiymətləndirmələr nəticəsində şəhərlərə ümumi bal verilir.

0.013056993484497