Allahverdi Bağırovdan sonra ən çox azərbaycanlı əsiri qaytaran Vaqif Əlisoy xatirələrindən danışdı - VİDEO

Allahverdi Bağırovdan sonra ən çox azərbaycanlı əsiri qaytaran Vaqif Əlisoy xatirələrindən danışdı - VİDEO
 

Allahverdi Bağırovdan sonra ən çox azərbaycanlı əsiri qaytaran Vaqif Əlisoy müsahibə verib.

İTV-yə danışan V.Əlisoy bildirib ki, 20 Yanvar hadisələri zamanı sovet hakimiyyəti tərəfindən şərlənərək həbsə atılıb:

“Aylarla həbsdə qalmışam. Dəhşətli mənəvi, fiziki işgəncələrə məruz qalmışam. Birinci Qarabağ müharibəsi dövründə sonsuz sayda erməni vəhşiliyinin şahidi olmuşam. Bir gecəyə saçım, saqqalım ağarıb”.

Qeyd edək ki, Vaqif Əlisoy 1988-ci ildən başlayaraq Qarabağ, ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizənin ön sıralarında olub. 1988-1993-cü illərdə erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edib. Cəbrayıl ərazi özünümüdafiə taburunun, həmin ərazidə fəaliyyət göstərən “N” saylı hərbi hissənin yaradılmasında fəal iştirak edib, həmin hərbi hissələrin rəhbərliyində olub. Cəbrayıl Ziyalı batalyonunun yaradılmasında, onun silah-sursatla təmin olunmasında fəal iştirak edib. 1991-1993-cü illərdə Əsir və Girovların İşləri üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinə rəhbərlik edib, yüzlərlə insanın düşmən əsirliyindən azad edilməsinə nail olub.

Ətraflı süjetdə:

0.01350212097168