"Onlar iki ölkə arasında möhkəm qardaşlıq əlaqələrinin əsasını qoyub” -Səfir

 

Ümummilli Lider Heydər Əliyev və Kral II Həsən Mərakeş ilə Azərbaycan arasında möhkəm qardaşlıq əlaqələrinin əsasını qoyublar.

Bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş bu ölkənin dövlət bayramı - Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

“Fürsətdən istifadə edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini xüsusi ehtiramla yad etmək istərdim. O, 1994-cü ildə Mərakeşdə olub. mərhum Əlahəzrət Kral II Həsənlə birlikdə onlar hər ikisinin qəlbi üçün eyni dərəcədə əziz olan konsepsiyalara - milli suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyə əsaslanan möhkəm qardaşlıq əlaqələrinin əsasını qoyublar”, - A.Embarş deyib.

Səfir əlavə edib ki, hazırda bu əlaqələr Mərakeş Kralı VI Məhəmməd və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

0.014514923095703