İrəvanın sərhədə yük göndərməsinin səbəbi… - Erməni mediasından sensasiya

İrəvanın sərhədə yük göndərməsinin səbəbi… - Erməni mediasından sensasiya
 

Erməni cəmiyyətində və mediasında Ermənistan hakimiyyətinin “humanitar şou”su ciddi qınaq və lağ obyektinə çevrilib. Erməni mediası yazır ki, bu “humanitar şou” aksiyasının effektindən çox ziyanı oldu. Bu bir daha Ermənistanın zəifliyini və gücüzlüyünü ortaya qoydu.

Paralel.az xəbər verir ki, “Yeravan today” nəşri də Ermənistan hakimiyyətinin “humanitar şou”sunu tənqid edərək bunu mənasız bir addım hesab edib.

Nəşr yazır: “Bu kontekstdə soruşmaq istərdim ki, Qarabağa 360 ton humanitar yükün göndərilməsi ilə bağlı şounun nə mənası var? Yoxsa sırf öz müqəddəratını təyin etmək məsələsini birdəfəlik qapatmaq istəyirsən. Yoxsa demək istəyirsən ki, camaat, görürsünüz də çıxış yolu yoxdur, Azərbaycanla dil tapmağa çalışın? Nikol yükün sərhədi keçməyəcəyini məgər bilmirdimi? Məsələn, Türkiyə ilə quru sərhədi açılanda və erməni yük maşınları zəlzələdən zərər çəkən Türkiyəyə yardıma gedəndə bu necə oldu? Necə düşünürsünüz, Nikol indicə qərar verib yük maşınlarını Türkiyəyə göndərdi, yoxsa əvvəlcədən razılaşdılar... Bəs indi niyə əvvəlcədən heç kimlə razılaşmadan 360 ton yük göndərir? Bunun şou olduğu aydın deyilmi?”

 

0.018677949905396