Livanda qaçqın düşərgəsində qarşıdurma: ölən və yaralananlar var

Livanda qaçqın düşərgəsində qarşıdurma: ölən və yaralananlar var
 

Livanın cənubundakı Sidon şəhərində yerləşən Ayn əl-Helva fələstinli qaçqınlar düşərgəsində Fəth hərəkatı ilə düşmən olduqları digər fələstinli qruplar arasında silahlı qarşıdurma baş verib. 

Paralel.az “Cumhuriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Livan rəsmi xəbər agentliyi tərəfindən məlumat verilib.

Hadisə nəticəsində düşərgənin xarici təhlükəsizliyini təmin edən bir çox livanlı əsgər və 30-dan çox insan yaralanıb. 6 nəfər həlak olub.

Açıqlamada düşərgədən atılan minaatan mərmilərinin bir hissəsinin ordu qərargahı və gözətçi qüllələrinə düşdüyü qeyd edilib.

Bundan əlavə, səbəb nə olursa olsun, ordu qüvvələrinin bölgələrinə doğru açılan atəşlərə eyni şəkildə cavab veriləcəyi barədə xəbərdarlıq edilib.

Günay

0.014441967010498