Britaniya ukraynalıları Krıma hücum üçün hazırlayır

Britaniya ukraynalıları Krıma hücum üçün hazırlayır
 

Britaniya hərbçiləri Milad bayramına kimi Krımı ələ keçirmək üçün Ukrayna xüsusi təyinatlılarını hazırlayır.

Paralel.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” nəşri məlumat yayıb.

“Artıq 2000-dən çox ukraynalı hərbçi gəlib. Əməliyyat Böyük Britaniya, ABŞ və Almaniyanın verdiyi uzaqmənzilli raketlərdən istifadə etməklə hava, quru və dəniz zərbələrini əhatə edəcək”, - məlumatda qeyd olunub.

Təlimlər Okhempton və Devon hərbi düşərgələrində keçiriləcək. Həmin hərbi düşərgələrə başqa hərbi hissələrdən olan hərbçilər belə buraxılmır.

0.017207145690918