Cüdoçumuz Universiadada gümüş medal qazanıb

Cüdoçumuz Universiadada gümüş medal qazanıb
 

Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir cüdoçumuz medal qazanıb. 

Paralel.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən Rəşid Məmmədəliyev mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Bu mərhələdə idmançımız ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib. Məmmədəliyev 1/4 finalda italyan Eduardo Melladan üstün olmağı bacarıb. Finala gedən yolda isə cüdoçumuz Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib. Həlledici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olan Rəşid Məmmədəliyev Umiversiadanı gümüş medalla başa vurub.

400806

0.018678188323975