Kanadada təyyarə qəzası - Ölənlər var

Kanadada təyyarə qəzası - Ölənlər var
 

Kanada dağlarında cümə günü gecə kiçik bir təyyarənin qəzaya uğraması sonucunda azı 6 nəfər ölüb.

Paralel.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanada Kral Atlı Polisi təyyarədə beş sərnişin və pilotun olduğunu açıqlayıb. Təyyarədə olanların heç biri sağ qalmayıb.

Qeyd olunub ki, təyyarə cümə günü yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtı ilə şənbə günü 7:00) Kalqari şəhəri yaxınlığındakı hava limanından havaya qalxıb. Yerli vaxtla saat 01:00 radələrində (Bakı vaxtı ilə şənbə günü 11:00) təyyarənin itdiyi barədə məlumat daxil olub.

0.029597997665405