Yemişanlı kənd sakinləri qaz təchizatı ilə bağlı müraciətlərini “Açıq mikrofon”da ünvanladılar

Yemişanlı kənd sakinləri qaz təchizatı ilə bağlı müraciətlərini “Açıq mikrofon”da ünvanladılar
 

Qəbələ rayonunun Yemişanlı kəndində keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 15-ə yaxın sakin iştirak edib. Mikrofon önünə çıxan 6 nəfər kəndin bütün sakinləri adından müraciətlərini ünvanlayıb. Müraciətlər fərdi yaşayış evinin qazlaşdırılması və küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub. Qazlaşdırılma ilə bağlı vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Zaqatala RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

0.015394926071167