Cenifer Lopezə görə Ermənistanda qalmaqal: “Qarabağ, sən gözlə…” 

Cenifer Lopezə görə Ermənistanda qalmaqal: “Qarabağ, sən gözlə…” 
 

Doğrudan da bu erməni həyasızlığı sağalmaz xəstəlikdir. Bir yandan haray-həşir salıb aclarından öldüklərini dünyaya səs salırlar, digər tərəfdən isə keflərindən geri qalmayaraq, nə az, nə çox 8 milyon dollar xərcləyib Cenifer Lopezi Ermənistana gətirdirlər.

Paralel.az xəbər verir ki, erməni mediası Ermənistan hakimiyyətinin konsertlərə 23,2 milyon dollar xərcləyəcəkləri ilə bağlı məlumat yaysa da, sonradan bunu ört-basdır etmək üçün təkzib etməyə çalışıblar. Ancaq rəsmi sənədlər ortadadır və həmin sənədlər çap olunub. 

Paşinyan hökuməti Cenifer Lopezi Ermənistana gətirmək üçün təxminən 8 milyon dollar xərcləmək qərarına gəlib.

Erməni mediasında isə deyilir: “Qarabağ, sən gözlə, biz Ceniferi gətiririk...”

Cenifer Lopezin səfəri ilə bağlı sənədin fotosunu da təqdim edirik.

0.014167070388794