Rəşad Əzizli "Qəbələ"də nə qədər qazanacaq? - MƏBLƏĞ

Rəşad Əzizli
 

Bu həftə "Şamaxı"dan "Qəbələ"yə transfer olunan Rəşad Əzizli əyalət təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 

Paralel.az xəbər verir ki, 29 yaşlı qapıçıya bundan öncə ölkə hüdudlarından kənarda 2 təklif var idi - Türkiyədən "Qazientep", Rusiyadan isə "Ural". Sadəcə olaraq, zədə və maliyyə səbəbləri ucbatından qolkiperin keçidi baş tutmamışdı. 

"Şamaxı" ilə gələn ilin yanvarınadək müqavilə bağlayan  Rəşad Əzizli "Qəbələ"dən gələn təklifə yox deməyib. 

"Şamaxı"nın diviziona yuvarlanması, yaxşı məvacibə keçidinə yardımçı oldu. 

Əldə etiyimiz məlumata görə, Əzizli "Qəbələ"də ayına 7 min manat qazanacaq. 

Çərçivə qoruyucusunun transfer qiyməti beynəlxalq futbol bazarında 559,710 manat dəyərindədir.

Qeyd edək ki, qolkiper həm də Azərbaycan milli komandasına da dəvət alır.

0.018254041671753