İrəvan təhlükəsizliyini necə təmin etmək istəyir? - Rusiyalı politoloq

İrəvan təhlükəsizliyini necə təmin etmək istəyir? - Rusiyalı politoloq
 

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana mühüm səfəri Moskvada keçirilən üçtərəfli görüşlər fonunda kölgədə qaldı. O, Moskvada Sergey Lavrov və Ceyhun Bayramovla üçtərəfli görüşə gəlməzdən öncə Tehranda səfərdə olub və orada prezident İbrahim Rəisi və iranlı həmkarı Əmir Abdullahianla görüşüb”. 

Paralel.az ” xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov özünün teleqram kanalında yazıb. 

Qafqazda gündəmin mürəkkəb olduğunu və İranın Rusiyadan da fərqli olaraq özünəməxsus marağı olduğunu qeyd edən Markedonov deyib ki, bu gün Tehran ardıcıl olaraq “bölgədənkənar oyunçuların” Qafqaz işlərinə müdaxiləsinə qarşıdır. 

“Bununla belə, İran Abxaziya və Cənubi Osetiyanı tanımayıb və tanımaq niyyətində deyil. Və o, Moskvanın həm Türkiyə, həm də İsraillə münasibətlərindən narahatdır. Türkiyə ilə İsrail Bakının iki əsas hərbi-siyasi tərəfdaşıdır. İran isə onları Qafqazda Qərbin “proksi”ləri kimi görür. Bura Tehranın Ermənistana mümkün ərazi güzəştləri əsasında “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı narahatlığı da əlavə etmək olar. Bütün bunlar birlikdə götürüldükdə İranı Cənubi Qafqazda xüsusi oyunçuya çevirir. Və bu, İran rəhbərliyini Qafqaz regionundan ayaqda qalmağa vadar edir.  Ermənistan bütün gücü ilə öz təhlükəsizliyinin xarici mənbələrini gücləndirməyə çalışır, təkcə Rusiyaya və ya Qərbə deyil, onun arqumentlərini dinləməyə hazır olan İrana və Hindistana da müraciət edir”.

 

0.015477895736694