Fərid Qayıbov "Qəbələ"nin avrokubok oyununu canlı izləyəcək

Fərid Qayıbov
 

Gənclər və idman naziri Fərid Qayıbov Qəbələdə səfərdədir.

"Report"un bölgəyə ezam olunmuş əməkdaşının məlumatına görə, nazir "Qəbələ" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa baxacaq.

O, "qırmızı-qaralar"ın prezidenti Fariz Nəcəfovla birlikdə tribunada əyləşib.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

0.036427974700928