Arxiv tapıntı: Ermənilər Azərbaycan kəndlərini necə blokadaya salmışdı? – Tarixi fakt

Arxiv tapıntı: Ermənilər Azərbaycan kəndlərini necə blokadaya salmışdı? – Tarixi fakt
 

Bu gün ictimaiyyətin diqqəti Ermənistanın Qarabağ erməniləri üçün yük maşınlarını Azərbaycan Laçın SBM-ə göndərməklə təşkil etdiyi sirkə yönəlib. Guya bu maşınlar “blokadadan çıxmaq və aclıqdan ölənləri xilas etmək üçündür”.

İndi isə blokadanın, aclığın və sürgünün əsl hekayəsini yada salaq.

Paralel.az xəbər verir ki, sovet arxivində yer alan “Komsomolskaya pravda” qəzetində 20 yanvar 1989-cu il tarixli “Ermənistan dərsləri” sərlövhəli məqalə ortaya çıxıb. 1988-ci ilin dekabrında Spitak zəlzələsindən sonra bütün İttifaq və Azərbaycan ilk növbədə dağıntılar altından insanları xilas etməyə, humanitar yardım göstərməyə tələsdi. Erməni əhalisinə dünyanın hər yerindən yardımlar gəlirdi. Amma zəlzələdən də əziyyət çəkən, soyuqda qısılmış azərbaycanlılara heç kim kömək etməyib.

Ermənistan hakimiyyəti zərər çəkmiş Azərbaycan kəndlərini blokadada saxlayıb ki, heç kim xilas edib köməklik göstərməsin.

Azərbaycanın zərər çəkmiş azərbaycanlılara eyni yardımı göstərmək cəhdləri erməni millətçiliyinin vəhşi təbəssümü ilə üzləşdi.

 

0.020201921463013