ABŞ-nin keçmiş kəşfiyyatçısı and içdi: 12 yadplanetli bəyanatı

ABŞ-nin keçmiş kəşfiyyatçısı and içdi: 12 yadplanetli bəyanatı
 

ABŞ Konqresində UNO kimi tanınan naməlum uçan obyektlərlə bağlı keçirilən açıq iclasda kəşfiyyat zabiti Devid Qruşun and içərək verdiyi açıqlamalar dünyanın gündəmini zəbt edib.

Paralel.az xəbər verir ki, o, indiyə qədər 12 kosmik gəminin qəzaya uğradığını və yadplanetlilərin cansız bədənlərinin həmin maşınlardan çıxarıldığını bildirib.

Təqaüddə olan Hərbi Hava Qüvvələri və kəşfiyyat zabiti açıqlamasında hökumətin əlində naməlum faktlarla əlaqəli qalıqların olduğunu iddia edib.

Bu vasitələrin dəqiq yerini bildiyini deyən Qruş sözügedən məlumatların yalnız qurum daxilindəki tətbiqlərə nəzarətdən məsul olan baş müfəttişlə, bəzilərinin isə kəşfiyyat komissiyaları ilə paylaşıldığını açıqlayıb.

O, yadplanetlilərlə əlaqə olub-olmadığını və “Bu sirri qorumaq üçün nə edildi”, “Kimsə öldü” kimi suallara cavab verə bilməyəcəyini söyləyib.

Məhhəmməd Allahyarlı (təcrübəçi)

0.020902872085571