“Əli uzunluq”: Paqaninidən bizədək... - Qəzənfər Həmidoğlu

“Əli uzunluq”: Paqaninidən bizədək... - Qəzənfər Həmidoğlu
 

Əllər gördü ki, ağızlardan səs çıxmır, başladılar özləri “danışmağa”. Hətta “Danışan əllər” artıq sərgi keçirmək istəyir - tanınmış şəxslərin, keçmiş nazirlərin əllərinin heykəllərini nümayiş etdirəcəklər.
Bəzilərinə görə, bu, çox vacib təşəbbüsdür, əşhədü-ehtiyacımız olan dahiyanə ideyadır, “muzeyi yaradılsın” deyənlər də var. Digərləri isə bu savab işə vedrə qoşmaqla məşğuldurlar.
“Danışan əllər” nə demək istəyir, hansı mesajları var və yaxud əl heykəlciklərinin bədii-estetik, mənəvi-mədəni-tarixi-ictimai anlamı nədir? Bəndənizin səviyyəsi bu suala cavab vermək üçün yetərli deyil, bədii zövqü də əl heykəlindən feyziyab almayacaq dərəcədə primitivdir.
“Danışan əllər” layihəsinin adına gəldikdəsə, bu anlayış - “Danışan Əllər” termin kimi (ing. “Talking Hands “, türkcə “Konuşan Eller”, rusca “Говорящие Руки” və s.) beynəlxalq praktikada nitq və eşitmə qabiliyyəti tam məhdud olanlar – yəni, lal və karlar arasında əl hərəkətləri ilə olan alternativ kommunikasiya - işarə-jest dili anlamında işlədilir. 23 Sentyabr- Beynəlxalq İşarət Dilləri Günü çərçivəsində “Danışan Əllər” adlı yarış keçirilir. Dünyada, eləcə də Türkiyədə eşitmə və danışma əngəli olanların “Konuşan Eller” adlı dərnək və klubları var...
Bu məsələnin presedent riski də var: bir də gördün sabah birisi “Danışan ayaqlar” və ya danışan başqa naqolay orqanlar layihəsi ilə çıxdı ortalığa...
Mədəni və siyasi anlamda dünyada iki əfsanəvi əl var. Biri dahi skripaç Nikkolo Paqaninin fantastik uzunbarmaqlı, sehrli əlidir ki, iki əsirdir barəsində yazırlar və yazırlar. Digəri isə bizim keçmiş deputatın volyuntarist əlidir ki, siyasi tariximizdə buraxdığı dərin izi ilə heç bir əl qələt edib rəqabətə girə bilməz...
"Paralel.az"

0.015570163726807