U-16 millimiz Avropa çempionatının finalında

U-16 millimiz Avropa çempionatının finalında
 

Azərbaycan millisi Kosovanın paytaxtı Priştinada 16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyununu keçirib.

Paralel.az xəbər verir ki, yarımfinalda U-16 millimiz Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazanıb.

Finalda millimizin rəqibi Kipr-Kosova cütünün qalibi olacaq. Oyun iyulun 27-də keçiriləcək.

0.018399000167847