ABŞ və Aİ ilə Rusiya arasında mübarizə qızışır

ABŞ və Aİ ilə Rusiya arasında mübarizə qızışır
 

ABŞ Avropa İttifaqı Cənubi Qafqazı Rusiyadan qoparmağa çalışir

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda diplomatik mübarizəsi davam edir. Lakin düşmən Ermənistan iqtisadi hərbi baxımdan Azərbaycandan bir neçə dəfə geri qalsa da, 2020-ci ildə 44 günlük Vətən müharibəsində darmadağınla məğlub olsa da, Fransa, ABŞ, Rusiya kimi, inkişaf etmiş, güclü xristian dövlətlərinin güclü erməni lobbisinin təsirilə Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamır düşmənçiliyi davam etdirir.

İndiyə qədər Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmaq üçün məqam axtaran ABŞ Avropa İttifaqı Rusiyanın Ukraynaya hərbi təcavüz nəticəsində zəifləməsindən istifadə edərək, Cənubi Qafqazda Rusiyanın uzun illər ərzində yaratdığı Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsini həll etməyi öz nəzarətinə götürməyə çalışır.

Amma Rusiya Ukraynada ağır hərbi-iqtisadi itki versə , Cənubi Qafqazı ordusunun nəzarətində saxlayır, hərbi təxribatları davam etdirir, Ermənistanla Azərbaycan arasındakı çoxillik münaqişəni qızışdırmaqla məşğuldur.

Fikir verin, ABŞ Avropa İttifaqı Azərbaycan Ermənistan XİN rəhbərlərini Vaşinqtona Brüsselə dəvət edib, iki dövlət arasında sülh sazişi bağlamaq üçün danışıqlar apardığı zaman Rusiya İran Cənubi Qafqazda, xüsusən Qarabağ bölgəsində hərbi təxribatları gücləndirməklə, bölgədə sabitlik yaranmasına imkan vermirlər. Əgər diqqət etmisinizsə, hər iki ölkənin XİN rəhbəri ABŞ tərəfindən danışıqlara başlayanda, dərhal Rusiya hər iki ölkə ərazisində yerləşdirdiyi hərbi-siyasi qüvvələri hərəkətə keçirir, regionda münaqişəni qızışdırır, Vaşinqtonda Brüsseldə Azərbaycanla Ermənistan rəhbərləri arasında aparılan sülh danışıqlarında əldə olunan bəzi razılaşmaların reallaşmasına mane olur.

Qardaş Türkiyə prezidenti R. T. Ərdoğanın dəvətilə Türkiyəyə səfər edən Ukrayna prezidenti Volodimir Zelenskilə görüşdən sonra, Ərdoğanın Rusiyadan alınan hərbi əsirləri, "Azovstal"ı müdafiə edən hərbçiləri Ukraynaya verməsi Vilnüsdə keçirilən NATO zirvəsində Ukraynanın NATO-ya üzv qəbul olunması təklifini müdafiə etməsi Rusiyanı qardaş Türkiyəyə Azərbaycana qarşı möhkəm qızdırıb.

Son zamanlar Rusiya XİN sözçüsü Mariya Zaxarovanın verdiyi kəskin bəyanatlar, Putinin sözçüsü Peskovun Qara dəniz vasitəsilə  bağlanmış "taxıl sazişi"nin dayandırması barədə açıqlaması, Dövlət Dumasının deputatı Pyotr Tolstoyun Azərbaycanın ünvanına söylədiyi təhqir hədələr, Xankəndində yerləşən Rusiya sülhməramlı hərbçilərin Azərbaycan bayrağını ayaqlar altına atıb, təhqir edilməsi, Laçında qurduğumuz sərhəd-keçid məntəqəsini ləğv etmək barədə səslənən fikirlər göstərir ki, Rusiya Türkiyə Azərbaycana qarşı bərk qəzəblənib.

Türkiyə prezidenti R. T. Ərdoğan çox haqlı olaraq, Rusiyaya qarşı zidd addımlar atır, çünki Rusiya Qarabağda üzərinə götürdüyü öhdəliyə əməl etmir, Rusiya, Azərbaycan Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci ildə imzaladığı üçlü bəyənatda əks olunmuş, Azərbaycanın lehinə olan müddəalara məhəl qoymur ölkəmizin ərazi bütünlüyünü təmin edən Ermənistanla sülh sazişinin bağlanmasına təxribatlarla imkan vermir.

Rusiyanın hədələrinə baxmayaraq, Azərbaycan prezidenti cənab İlham Əliyev həyata keçirdiyi xarici siyasətə uyğun olaraq, aralarında müharibə gedən Rusiya Ukraynaya bərabər münasibət göstərərək, hər iki ölkə arasında mövcud olan dostluq qarşılıqlı əməkdaşlığı yüksək səviyyədə qoruyur. Azərbaycan prezidentinin mütəmadi olaraq, Ukraynaya humanitar yardım göndərməsi bu yaxınlarda 7,6 milyon manat yardım etməsi, deyəsən Rusiya rəhbərliyinin xoşuna gəlməyib.

Azərbaycan prezidentinin Birinci Şuşa Qlobal Media Forumunda iştirak edən yüzdən çox xarici ölkə jurnalistlərinin xeyli ölkə yazarlarının suallarını ingilis, rus azərbaycan dilində mükəmməl, geniş əhatəli cavablarla əsaslandırması hazırda dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İki gün ərzində, yəni 22 iyul Milli Mətbuat Günü ilə bağlı keçirilən Birinci Şuşa Qlobal Media forumunun yaratdığı əks-səda dünya mediasının gündəmində yer alır.

Rusiya, İran digər düşmən dövlətlər Azərbaycanın beynəlxalq diplomatik siyasətinə qarşı xaricdə mübarizə apardıqları kimi, ölkəmizin daxilində pozuculuq işləri aparırlar. Xüsusən Rusiyanın Azərbaycanda yerləşdirdiyi 5-ci kalon ölkənin daxilində getdikcə daha sərt təxribatlara əl atır, rüşvətxorluğu, narkomaniyanı, qiymət artımını sürətləndirməklə, xalqı hakimiyyətə qarşı qldırmağa çalışırlar.

Siyasi ekspertlərin açıqlamasına görə, çox sayda hakimiyyətin müxtəlif qollarına soxulmuş "rusbaşlılar" Azərbaycandan daha çox Rusiyanın mənafeyinə xidmət edirlər. Doğrudur, həm xarici, həm daxili siyasətdə Rusiyanın maraqlarını nəzərə almadan, ölkəni sabit idarə etmək asan deyil. Amma xalqı ac qoyub, ölkənin sərvətlərini Rusiyaya digər xarici güclü ölkələrə vermək olmaz, ataların sınaqdan çıxardığı miras qoyduğu "ac qılınca çapar" ifadəsini unutmaq bizə baha başa gələ bilər...

Qarabağ, Azərbaycandır!

Tapdıq Abbas,                          Qəzetin təsisçisi, Qarabağ qazisi, pedaqji fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi"

0.01850700378418