Yəmən hava limanında dəhşətli hadisə: sərnişinlər panikaya düşdü - VİDEO

Yəmən hava limanında dəhşətli hadisə: sərnişinlər panikaya düşdü - VİDEO
 

Yəmənin Ədən Beynəlxalq Hava Limanında güclü tufan nəticəsində terminalın şüşə fasadı parçalanaraq sərnişinlərin üzərinə düşüb.

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, yerli mənbələr şüşə qırıqları nəticəsində ən azı 6 nəfərin yaralandığını bildirib.

Şüşələrin parçalanması ilə panikaya düşən sərnişinlər ətrafa qaçıblar. 

Hava limanındakı binaların damları uçub, bir çox nəqliyyat vasitələri və sərnişin təyyarəsinin qanadı zədələnib. 

Həmçinin Ciddə və Qahirəyə uçuşlar təxirə salınıb.

Günay

0.02861499786377