“Vaqner” muzdluları Belarusa buna görə köçürüldü

“Vaqner” muzdluları Belarusa buna görə köçürüldü
 

"Vaqner” üzvlərinin hazırda Belarus ərazisində qoşulduğu tədbirlər Ukrayna əhalisinə psixoloji təzyiq məqsədi daşıyır.

Paralel.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.

"Onlar bunu hədə-qorxu gəlmək üçün edirlər. Amma bizi qorxmaq lazım deyil, çünki nə etməli olduğumuzu bilirik və düşmənin kəşfiyyat-diversiya qüvvələrinin Ukrayna ərazisində, xüsusən də Kiyev istiqamətində uğur qazanmaması üçün hər şeyi edirik. Düşmənin hərəkətlərinin qarşısını almaq üçün son bir həftə ərzində Belarusla sərhəddə yolun 5 hissəsi dağıdılıb, 2500-dən çox tank əleyhinə mina döşənib. Bundan əlavə, şəxsi heyətə davamlı olaraq təlimlər keçirilir", - Nayev bildirib.

0.017477989196777