Ukraynada itkin düşən və oğurlanan uşaqların sayı məlum olub

Ukraynada itkin düşən və oğurlanan uşaqların sayı məlum olub
 

"Bizdə olan məlumata əsasən, Rusiya müxtəlif bəhanələrlə Xarkov vilayətindən 450 uşaq çıxarıb. Onlar işğal nəticəsində yaranmış vəziyyətdən istifadə edərək uşaqlarımizi oğurlayıblar".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Snequbov bildirib.

"Doğrudur, uşaqların bir hissəsini geri qaytarmışıq. Söhbət təxminən 50 azyaşlıdan gedir. Digərlərinin təxminən yarısının – 200-ə yaxın uşağın harada olduğunu bilirik. Biz bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızla birlikdə sistemli şəkildə işləyirik. Amma 150-200 uşağın harada olduğunu barədə məlumatımız yoxdur. Lakin axtarışlarımız davam edir. Bu məsələni də həll etməliyik" - o, əlavə edib.

Müharibə cinayətlərinin aşkar edilməsi məşğul olan PAYBACK4UKRAİNE beynəlxalq hüquq layihəsinin direktoru Jane Əliyeva isə "Report"un Şərqi Avropa bürosuna Ukraynada müharibə müddətində uşaqlar ilə bağlı hadisələrin statistikasını açıqlayıb: "Rəsmi məlumata görə, Rusiya hərbçiləri bu günə qədər ümumilikdə 496 ukraynalı uşağı öldürüb. İşğalçıların raket hücumları, top atəşləri və digər hərbi cinayətləri nəticəsində 1 068 uşaq xəsarət alıb. Min azyaşlı itkin düşmüş hesab olunur.

Müharibə dövründə Rusiya hərbçiləri tərəfindən 18 yaşadək uşaqlara qarşı 13 cinsi zorakılıq faktı qeydə alınıb. Ukrayna hakimiyyəti Rusiya ordusu tərəfindən ölkədən qaçırılan 20 minə yaxın uşağın yerinin müəyyən edildiyini açıqlayıb.

Ümumilikdə yalnız 385 uşaq qeyri-qanuni deportasiyadan geri qaytarıla bilib və bu, əslində uşaq əsirliyidir. Xüsusilə qeyd etməliyəm ki, bizim Ukraynanın Mariupol və digər işğal olunmuş şəhərlərinə çıxışımız yoxdur, ona görə də təəssüf ki, real statistika əlimizdə olanlardan xeyli çoxdur.

Rusiya hökuməti bu yaxınlarda guya xilas etdiyi, əslində Ukraynadan oğurladığı 700 minə yaxın uşağın sayını elan etdi - qaçırdılar.

Dünya terrorçuları dayandırmaq və uşaqlarımızı evə gətirmək üçün hər şeyi etməlidir. Nəzərinizə çatdırım ki, PAYBACK4UKRAINE beynəlxalq hüquqi layihəmiz ukraynalı uşaqların qeyri-qanuni deportasiyası məsələsini çox diqqətlə öyrənir və bu işdə əli olan hər kəsi cəzalandırmaq üçün əlimizdən gələni edəcəyik - o, vurğulayıb.

0.020424127578735