Birənin dişlədiyi kişi reanimasiyalıq oldu....

Birənin dişlədiyi kişi reanimasiyalıq oldu....
 

ABŞ-ın Hyuston şəhərində yaşayan 35 yaşlı Maykl Kolhof birə dişləməsi nəticəsində xəstəxanaya yerləşdirilib.

Paralel.az xəbər verir ki, qrip əlamətləri ilə xəstəxanaya yerləşdirilən 35 yaşlı amerikalının septik şoka girdiyi məlum olub.

Günlərlə reanimasiyada qalan şəxsin xəstəliyinin birə dişləməsindən qaynaqlandığı təsbit edilib.

Birə dişləməsindən sonra yaranan tif xəstəliyi onun hər iki əlinin ayaqlarının amputasiya edilməsi ilə nəticələnib.

Orqanları zədələnməyə başlayan şəxs dializə göndərilib. Onun vəziyyətinin hələ də yaxşılaşmadığı bildirilir.

Məhəmməd Allahyarlı (təcrübəçi)

 

 

0.013221979141235