Ağcaqanadların yaydığı xəstəlik: Dünya əhalisinin yarısı risk altındadır

Ağcaqanadların yaydığı xəstəlik: Dünya əhalisinin yarısı risk altındadır
 

“Dünya əhalisinin təxminən yarısı dang virusu riski altındadır və bu virus təxminən 129 ölkəni əhatə edir”.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ÜST-nin Tropik Xəstəliklər Bölməsinin rəhbəri Raman Velayudhan deyib.

“Daha yüksək orta temperatur, yağıntılar və daha uzun quraqlıq dövrləri ilə qeyd olunan iqlim dəyişikliyi bütün dünyada rekord sayda denq infeksiyasına səbəb ola bilər. Bəzi hallarda, xüsusən də ikinci infeksiyaya yoluxduğunuzda, bu, ciddi denq xəstəliyinə səbəb ola bilər və ölümcül ola bilər. 2000-ci ildə bizdə yarım milyona yaxın, 2022-ci ildə isə 4,2 milyondan çox hadisə qeydə alınmışdır ki, bu da həqiqətən səkkiz dəfə artım deməkdir”, - deyə o bildirib.

ÜST rəsmisi ağcaqanadların həm quraqlıqda, həm də güclü yağış və daşqın şəraitində yaşaya bildiyinə diqqət çəkən Velayudhan, qenq virusu riskinin hər şəraitdə artdığını söyləyib.

Qeyd edək ki, denq virusnun ötürücüsü ağcaqanadlardır. Denq qızdırması "sınıq sümük qızdırması" kimi də tanınır, çünki insanların sümükləri qırılmış kimi şiddətli ağrılar yaşamasına səbəb olur. Denge qızdırmasının bəzi əlamətləri bunlardır: baş ağrısı, qızılcaya bənzər dəri döküntüsü, əzələlərdə və oynaqlarda ağrı. Bu virus az sayda insanın həyatı üçün təhlükə yaratsa da konkret müalicəsi yoxdur.

Xəstəlik İkinci Dünya Müharibəsindən bəri dünya miqyasında problemə çevrilib. Virusu birbaşa müalicə etmək üçün peyvənd və ya dərman üzərində araşdırmalar aparılır.

Billurə

 

0.023993015289307