Cənubi Afrikada dəhşətli partlayış: maşınlar havaya uçdu - VİDEO

Cənubi Afrikada dəhşətli partlayış: maşınlar havaya uçdu - VİDEO
 

Cənubi Afrikanın Yohannesburq şəhərində yolun altından keçən təbii qaz xəttində partlayış baş verib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb. 

Şəhərin sıx küçələrindən birində baş verən partlayış nəticəsində yolda böyük çat əmələ gəlib.

Belə ki, 34 avtomobilə ziyan dəyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günay

0.010961055755615