Arayikin acizliyə düşmək hüququ yoxdur - Akopyan

Arayikin acizliyə düşmək hüququ yoxdur - Akopyan
 

“Qarabağda vəziyyət nəinki kifayət qədər mürəkkəb, həm də son dərəcə gərgindir. Ona görə də belə bir şəraitdə son dərəcə gərgin vəziyyət yarana bilər. O baxımdan da Arayik Arutyunyanın tətilə qoşulma hərəkətlərini bununla izah etmək olar. Digər tərəfdən, bu bizim üçün qəbuledilməzdir. O da anlaşılmazdır ki, “artsax prezidenti” niyə belə hərəkətlərə əl atır”.

Paralel.az ” xəbər verir ki, bunu Xankəndidəki irredentist qüvvələrin təmsilçisi Akop Akopyan “hraparak"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Arutyunyanın küçəyə çıxıb aksiya keçirmək əvəzinə əlində prosesləri normal məcraya yönəltmək üçün  hər cür alət var. 

Aİ Şurası prezidenti Şarl Mişelin Qarabağ ermənilərinin Azərbaycanla inteqrasiya etməyi və  Ağdam yolundan istifadə etməyi təklifinə gəldikdə Akopyan deyib ki, xalq, sadə vətəndaş iqtidarsızlığa düşə bilər, amma “prezident” yox. 

“Hakimiyyətinin, sadəcə olaraq, acizliyə düşmək hüququ yoxdur, onlar istənilən vəziyyətdə çıxış yolu tapmalıdır. Əgər “artsax hakimiyyəti” heç nə edə bilmirsə, o zaman onlara bircə iş qalır - istefa vermək”- o qeyd edib.

O əlavə edib ki, Arayik Arutunyan getsə, heç kimin “hakimiyyəti” ələ ala bilməyəcəyini düşünmək yanlışdır.

Mürtəza
Paralel.az

0.017502784729004