İraqdakı İsveç səfirliyini yandırdılar - YENİLƏNİB

İraqdakı İsveç səfirliyini yandırdılar - YENİLƏNİB
 

İraqın paytaxtı Bağdadda İsveçdə Qurana qarşı hərəkətlərə etiraz edən Sədr Hərəkatı tərəfdarları İsveç səfirliyinə basqın ediblər.

Divarları dağıdan və binanın bir hissəsini yandıran etirazçılar səfirlik binası ətrafında gözləməyə davam edirlər.

İraq Xarici İşlər Nazirliyi hadisələri pisləyib. Əraziyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.

İsveç Xarici İşlər Nazirliyi İraq hökumətinin səfirlik əməkdaşlarının həyat təhlükəsizliyinin qorunmasına cavabdehd olduğunu bəyan edib. Açıqlamada həmçinin səfirlik işçilərinin təhlükəsiz şəraitdə olduğu vurğulanıb.

10:12

İraqın paytaxtı Bağdadda İsveç səfirliyinə od vurulub.

Paralel.az “Hürriyet”ə istinadla xəbər verir ki, İraqda dini və siyasi lider Müqtəda əs-Sədrin başçılıq etdiyi Sədr Hərəkatına bağlı qruplar səfirliyin binasına daxil olaraq binanın bəzi hissələrini yandırıblar.

 

0.019366979598999