İran generalından sərhəddə Azərbaycan AÇIQLAMASI

İran generalından sərhəddə Azərbaycan AÇIQLAMASI
 

İran və Azərbaycanın heç bir sərhəd problemi yoxdur. 

Paralel.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri sərhəddə vəziyyəti yoxladıqdan sonra bildirib.

“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir və sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükürlər olsun ki, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir”.

Baqeri əlavə edib ki, bu səfər hər il ölkə sərhədlərində keçirilir.

Qeyd edək ki, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri təhlükəsizliyi yoxlamaq üçün Azərbaycan Respublikası ilə sərhəd məntəqəsində olub.

O, Qərbi Azərbaycan əyalətinin Azərbaycan Respublikasının Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib.

0.017858982086182