Türkiyə üçün ciddi sınaq: Rusiyanı inandırmalıdır

Türkiyə üçün ciddi sınaq: Rusiyanı inandırmalıdır
 

Rusiyanın taxıl sazişindən çıxması qlobal kənd təsərrüfatı bazarında sabitliyi pozmaq və qiymətləri qaldırmaq cəhdidir. 

Paralel.az xəbər verir ki, bu barədə Polşanın Şərqi Avropa Araşdırmaları Mərkəzi OSW yazıb.

Qeyd olunur ki, bu, Rusiya Federasiyasının kənd-ərzaq məhsullarının ixracından əldə etdiyi gəlirin artmasına səbəb olacaq.

Rusiya tərəfi taxılla bağlı sazişi yeniləməmək qərarına gəlməklə həm də Aİ-də Ukrayna taxılının quru yolu ilə tranziti ilə bağlı problemlərin kəskinləşməsinə ümid edir ki, bu da onların fikrincə, Qərbi daha az sərt mövqe tutmağa məcbur edəcək.

Nəşr vurğulayır ki, hər şeydən əvvəl bu qərar Türkiyə diplomatiyası üçün ciddi sınaqdır. Ankara siyasi böhranı mümkün qədər tez həll etməyə və razılaşmanın uzadılması üçün Moskvanın razılığını almağa çalışacaq. Türkiyə üçün bu, beynəlxalq nüfuzu gücləndirən elementdir. Türkiyə tərəfinin yaxın günlərdə Rusiyanı sövdələşməyə qayıtmağa inandırmaq üçün ciddi addım atacağı gözlənilir.

Miri
Paralel.az

0.020924091339111