Qazaxıstan Türkiyəyə 2 milyarddan çox pul verəcək? - RƏSMİ

Qazaxıstan Türkiyəyə 2 milyarddan çox pul verəcək? - RƏSMİ
 

Qazaxıstan Müdafiə Nazirliyi Türkiyədən zirehli texnikanın alınması ilə bağlı xəbərləri təkzib edib.

Paralel.az xəbər verir ki, qurum sosial şəbəkələrdə yayılan informasiyaları inkar edərək bəyanat yayıb.

“Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin “Otokar” şirkəti arasında zirehli texnikanın alınmasına dair təqribən 2 trilyon təngə dəyərində müqavilənin bağlanması barədə məlumat doğru deyil. Bu günə qədər Türkiyə tərəfindən zirehli texnikanın tədarükü ilə bağlı heç bir razılaşma yoxdur”, - deyə ölkənin hərbi idarəsi bildirib.

Bundan əvvəl KİV-də Qazaxıstanın Türkiyənin Otakar şirkətindən ümumilikdə 2,5 milyard dollar dəyərində 800-dən çox ARMA zirehli texnikası, eləcə də ümumilikdə 4,4 milyard dollar dəyərində digər zirehli texnika almaq niyyətində olduğu barədə məlumatlar yayılıb.

0.021466970443726