Əri dələduzluğa görə həbs olunan məktəb direktoru şəhidlərin fotolarını şagirdlərə satır - Beyləqanda

Əri dələduzluğa görə həbs olunan məktəb direktoru şəhidlərin fotolarını şagirdlərə satır - Beyləqanda
 
Zaman-zaman dövrü mətbuatda vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsini öz şəxsi məqsəd və maraqları üçün qazanc obyektinə çevirən xanım məktəb direktoru barədə çeşidli məlumatların şahidi olmuşuq.
 
Bu cür məlumatlara bu gündə rast gəlirik. Hətta daha betərlərinə belə. RealMedia.az bu dəfə də Beyləqanda daha bir qadın məktəb direktorunun, əndazəni aşan hərəkətləri barədə ilginc məlumatlar əldə edib.
 
Belə ki, redaksiyamıza daxil olan məlumatlarda Beyləqan rayon F.Quliyev adına Eyvazallar kənd tam orta məktəbin drektoru Günel Cavadlının məktəbdə şagirdlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin fotolarını satdığı vurğulanır.
 
Valideynlərin verdiyi məlumatlara görə, Günel Cavadlı Beyləqan şəhidlərinin fotolarını xüsusi çərçivəyə saldırmaqla, bayrağımızla birlikdə 20 (iyirmi), bayrağsız isə 19 (on doqquz) manata şagirdlərə satır. Bu iyrənc alverin təşəbbüskarı və “ideya müəllifi” xanım direktorun özüdür.
 
Xanım direktorun Vətən qəhrəmanlarımızın fotolarını alver predmetinə çevirməsi kənd sakinləri tərəfindən etirazla qarşılansa da, kənd ağsaqqalları və ziyalıları bu etirazı alovlanmağa qoymayıb, qarşısını alıblar.
 
Bildirilir ki, xanım direktorun əri Rüfət Ələkbərli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) dələduzluq maddəsi ilə həbs edilib.
 
Xatırladaq ki, hələ 04 noyabr 2022-ci ildə saytımızda “Beyləqanda məktəb direktorunun əri barədə cinayət işi açılıb – Həbsli axtarış verildi” sərlövhəli yazı dərc edilib. Hələ o vaxt Beyləqan rayon Eyvazalılar tam kənd orta məktəbinə yeni təyin olunmuş xanım direktorun ərinin barəsində həbsli axtarış elan olunduğunu yazmışdıq.
 
Həmin vaxt xanım direktor Günel Cavadlının həyat yoldaşı olan Rüfət Ələkbərliyə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4 və 342-ci (hərbi hissəni özbaşına tərk etmə) maddələri ilə barəsində cinayət işi açılıb və Rüfət Ələkbərli barəsində həbsli axtarış verilmişdir. O, Qarabağ qazisinə 26.000 (iyirmi səkkiz min) manatlıq dələduzluq etməkdə iittiham olunurdu. Həmçinin, həmin yazımızda  Rüfət Ələkbərli barəsində 26 000 min manat mülki idda barədə məhkəmə qətnaməsinin olduğu da qeyd edilmişdir.
 
Hər halda əri dələduzluq və hərbi hissəni öz başına tərk etmə maddəsi ilə həbs olunan xanım dirlektordan bundan başqa yaxşı nəsə gözləmək olmaz. Görünür, o da ərini həbsdən çıxarmaq üçün Beyləqan şəhidlərinin fotoları üzərində alver etmək və qazanc əldə etmək barədə qərar verib.
 
Məktəb direktorunun hərəkəti nəinki direktora, heç bir müəllimə və tərbiyəçiyə yaraşan hərəkət deyil.
 
Görəsən, Elm və Təhsil Nazirliyi, Mil-Muğan regional təhsil idarəsi və Beyləqan təhsil sektoru Eyvazalılar tam kənd orta məktəbinin direktoru Günel Cavadlının müəllimə yaraşmayan hərəkiti barədə niyə tədbir görmür?!
 
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
 
Mənbə: RealMedia.az
0.015131950378418