Arayik Arutyunyan: "Reaksiya yoxdur, vəziyyət mürəkkəbdir"

Arayik Arutyunyan:
 

Brüssel görüşündən sonra Xankəndidə Azərbaycana reinteqrasiya prosesinə etiraz olaraq başlanan aksiya öz effektini vermir və iflasa uğramaqdadır. Çünki bu aksiya nə rəsmi İrəvan, nə də Ermənistanın siyasi müxalifəti tərəfindən ciddi dəstəklənir. 

Xankəndidəki terrorçu-quldur dəstəsinin başçısı Arayik Arutyunyan bazar ertəsi axşam videomüraciət etdikdən sonra özü də oturaq aksiyaya başlayıb.

Paralel.az ” xəbər verir ki, Xankəndidə baş verən hadisələrlə bağlı “hraparak” qəzetinin yazdığına görə, Arutyunyan bu addımı ilə guya beynəlxalq aləmin diqqətini proseslərə cəlb etmək istəyir. O eyni zamanda deyib ki, proseslər az-çox normal məcraya yönəlməsə, o zaman daha sərt addımlara əl atacaqlar. 

Videomüraciətdən sonra Xankəndidəki ünsürlər onunla aksiya keçirdiyi çadırda görüşüb və Arutyunyandan bu addımı ilə nəyə nail olacağını anlamağa çalışıblar. Arutyunyan cavab verib ki, başqa yol yoxdur, bacardığı hər kəsə məktublar yazır. 

“Heç bir reaksiya yoxdur və vəziyyət mürəkkəbdir”, - Arutyunyan qeyd edib. Ona görə də bu yolla diqqəti cəlb etmək qərarına gəlib. 

Görüşə gələnlər Arutyunyandan ilk növbədə Ermənistan hakimiyyətindən tədbir tələb etməyi soruşduqda isə deyib ki, videomüraciətində atdığı addımlar barədə Ermənistan hakimiyyətinə ünvanlandığı açıq-aydın deyilib, amma reaksiya yoxdur.

Qeyd edək ki, heç beynəlxalq birlikdən ciddi reaksiya olmayacaq, sadəcə, söz xatirinə veriləcək bəyanatlar veriləcək. Bu isə o deməkdir ki, Qarabağdakı ermənilər Bakı ilə danışığa gedib, Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar.

 

0.010643005371094