Krımdakı yanğın Ukrayna ordusunun əməliyyatının nəticəsidir - Kəşfiyyat rəisi

Krımdakı yanğın Ukrayna ordusunun əməliyyatının nəticəsidir - Kəşfiyyat rəisi
 

Krımda poliqonda baş verən yanğın Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatın nəticəsidir. 

Paralel.az ” xəbər verir ki, bunu Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib.

O bildirib ki, Krımda hərbi poliqondakı silah-sursat anbarında partlayış nəticəsində baş verən yanğın Baş Kəşfiyyat İdarəsi və Ukrayna Silahlı Qüvvələrinin əməliyyatının nəticəsidir.

Bu gün səhərə yaxın Krımın Kirovski rayonunda yerləşən hərbi poliqondakı silah-sursat anbarlarından birində partlayış baş verib. Partlayış ciddi yanğına səbəb olub.

Hazırda poliqona bitişik ərazidən dörd yaşayış məntəqəsinin iki mindən çox sakini təxliyə edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb. 

Təxliyə edilmiş sakinlərə köməklik göstərilir, onlar müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilib.

Mürtəza
Paralel.az

0.032147884368896