Ağ Evdən Tehrana xəbərdarlıq - ABŞ Körfəzə F-16 və F-35-lər göndərdi

Ağ Evdən Tehrana xəbərdarlıq - ABŞ Körfəzə F-16 və F-35-lər göndərdi
 

Biz İranı Hörmüz boğazı vasitəsilə azad ticarəti təhdid edən sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq. 

Paralel.az ” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O əmin edib ki, Yaxın Şərqə əlavə Amerika F-16 və F-35 qırıcıları, eləcə də təyyarədaşıyan gəmi göndərilməsi Tehranla müharibəyə hazırlaşmaq demək deyil.
Miller izah edib ki, bu tədbirlər Hörmüz boğazında monitorinq imkanlarının artırılmasına yönəlib.

O xatırladıb ki, dünya neft tədarükünün təxminən 20%-i bu marşrutdan keçir.

Pentaqonun bazar etəsi açıqladığı məlumatda deyilir ki,  son aylarda İran hərbi gəmiləri tərəfindən  ticarət gəmilərinə hücumların edilməsi və ələ keçirlməsi halları tez-tez baş verdiyindən  Hörmüz boğazında və Oman körfəzində hərbi mövcudluğunu artırır. Bu məqsədlə ABŞ Hörmüz boğazında əsas gəmiçilik marşrutlarına nəzarəti artırmaq üçün Yaxın Şərq regionuna əlavə F-35 və F-16 döyüş təyyarələri və döyüş gəmisi göndərəcək. 


0.023006916046143