Bu ölkə də "Leopard" tanklarını Ukraynaya təhvil verəcək

Bu ölkə də
 

İspaniya gələn həftə Ukraynaya dörd "Leopard 2A4" tankı, həmçinin on zirehli transportyor göndərəcək.

Paralel.az ” xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin bir neçə yolsuzluq zirehli texnikası, yük və təcili yardım avtomobillərinin gələn həftə dəniz yolu ilə göndəriləcəyi açıqlanıb.

Bundan əlavə, İspaniyadan Ukraynaya səhra xəstəxanasının göndərilməsi də nəzərdən keçirilir.

0.034976959228516