Bakı təhlükəsizlik sahəsində mühüm tərəfdaşa çevrilib - Avet Adonts

Bakı təhlükəsizlik sahəsində mühüm tərəfdaşa çevrilib - Avet Adonts
 

“Brüssel görüşündə sürpriz olmadı, praktiki nəticə əldə olunmadı. Məsələnin həll oluna biləcəyi ilə bağlı belə bir görüntü yoxdur. Yalnız Bakının Ağdam vasitəsilə dəhlizin açılması təşəbbüsü səslənib”.

Paralel.az ” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduqdan sonra Moskvada problemin həlli ilə bağlı sənədin imzalanması çağırışı da olub.

“Ermənistan istisna olmaqla Aİ, ABŞ, Rusiya, İran, Türkiyə və Azərbaycan öz milli maraqlarını müdafiə edirlər. Biz indiki gərgin vəziyyətdə Şərqlə Qərb arasında ziddiyyətlər platformasına çevrilmişik. Əvvəllər isə əksinə idi”, - o qeyd edib.

O əlavə edib ki, bu gün beynəlxalq hüquq ən ciddi böhranlardan birini yaşayır, beynəlxalq məhkəmələrin və təşkilatların qərarları yerinə yetirilmir: “Hamısı öz milli maraqlarını rəhbər tutur və nəyin bahasına olursa-olsun, onları inkişaf etdirməyə çalışır. Azərbaycan bu gün Qərb üçün mühüm enerji təchizatçısıdır və qismən Rusiyanın enerji mənbələrinə alternativ rolunu oynayır. Bundan əlavə, Bakı İranı nəzərə alsaq, təhlükəsizlik sahəsində mühüm tərəfdaşa çevrilib”. 
Erməni diplomat baş verənlərdə özlərini ittihanm edib.

“Biz birinci özümüzə müraciət etmədən niyə üçüncü ölkələrə müraciət edirik? Niyə Fransa və ya BMT bu sualların ünvançısıdır?

Bunun səbəbkarı biz özümüzük. Bu, 4-5 illik proseslərin nəticəsi deyil, bu illər ərzində edilən səhvlərin nəticəsidir”, - Adonts vurğulayıb.

Mürtəza
Paralel.az

0.019014835357666