FSB zabitinin Türkiyə qoruxusu: "Rusiyaya hücum edə bilər, qarşısını bu yolla ala bilərik"

FSB zabitinin Türkiyə qoruxusu: 
 

Rusiya ilə Türkiyə arasında hərbi toqquşma Suriyada, Cənubi Qafqazda və Qara dənizdə olması ehtimalı var.

Paralel.az ” xəbər verir ki, belə bir iddia ilə Rusiyanın keçmiş FTX (FSB) zabiti İqor Strelkov (Girkin) Teleqram kanalında çıxış edib.

Onun fikrincə, Türkiyə “Rusiya ilə dinc əməkdaşlıqdan bütün faydaları əldə etdikdən”sonra birbaşa Rusiya ilə açıq qarşıdurmaya gedəcək. 

Keçmiş zabit hesab edir ki, bu qarşıdurma Rusiya Silahlı Qüvvələrinin zəiflədiyi, rus qoşunlarının türk qoşunlarının zərbəsini dəf etməyə hazır olmadığı bir vaxtda seçiləcək.

“Birinci mərhələ bizim donanmamız üçün Boğaziçi və Çanaqqala boğazlarının bağlanması olacaq. Bunun ardınca Türkiyəyönümlü hakimiyyətin nəzarət zonasını genişləndirmək məqsədilə Suriyada “silahlı müxalifət” adlanan qüvvələrin qoşunlarımıza qarşı silsilə silahlı təxribatları olacaq. 

Sursat və təchizatın bitməsini gözlədikdən sonra Türkiyə qoşunları Suriyanın şimalında missiyamızı və Suriya qoşunlarını tamamilə məğlub etməyə çalışacaq”, - Girkin bildirib.

Strelkovun sözlərinə görə, Rusiya donanma qüvvələri təchizat və əlavə qüvvələr olmadığı halda türk ordusunu məğlub edə bilməyəcək. Onun proqnozuna görə, hadisələrin inkişafının eyni ssenarisi Qarabağda və Ermənistanda Rusiya sülhməramlı qoşunları məsələsində də olacaq. 

Strelkov hesab edir ki, Türkiyə Suriya və Qafqazda hərbi qarşıdurmaya hazır olarsa, o zaman onu  "nüvə silahından istifadə hədəsi, eləcə də İranın müdaxiləsi ilə Türkiyəni hərbi münaqişəyə başlamaqdan çəkindirmək olar". 

Bununla yanaşı, Strelkov İranın əsas rəqibi olan Türkiyə ilə İsrailin sıx əməkdaşlığını xatırladıb.

“Böyük ehtimalla gözləmək olar ki, çoxdan gözlənilən “taxıl müqaviləsi”ndən imtinanın nəticələri zəncirvari olacaq ki, bu da təbii olaraq Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsinə gətirib çıxaracaq və düşmənlər Türkiyənin bizim əleyhimizə olan düşərgəyə qoşulmasını sürətləndirəcək”, - o deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə genişmiqyaslı hərbi münaqişədən imtina etsə belə, Suriyada hələ də tələyə düşə biləcək Rusiya hərbi birləşmələri var. Rusiya SQ-nin təchizatı Novorossiysk limanları vasitəsilə Suriyanın Tartus şəhərinin limanına gedir və Türkiyə Suriyadakı hava məkanını bağlaya bilər.

"Rusiya Ukrayna ilə müharibəni davam etdirdikcə, Türkiyənin Suriyada Rusiyaya qarşı hücum ehimalı yüksəkdir",- deyə bildirib.

0.044872999191284