Anasının səsini təqlid edərək atasına və banklara qarşı dələduzluq etdi

Anasının səsini təqlid edərək atasına və banklara qarşı dələduzluq etdi
 

İngiltərədə ölmüş anasının səsini təqlid edərək atasını və bankı aldadan şəxsin hekayəsi ölkədə gündəm olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərənin Northamtonshire bölgəsində yaşayan Daniel Katbert anası öldükdən sonra 14 ay müddətində ailəsinin bütün əmlakını ələ keçirib.
Atasının adına külli miqdarda kredit də götürən Daniel onun evinin əlindən çıxmasına səbəb olub.

Atasının şikayəti ilə həbs edilən Danielin həm anasının, həm də atasının səsini təqlid edərək bankları aldatdığı müəyyən edilib. Banka 9 dəfə anası kimi zəng edən Daniel bu zənglər sayəsində təxminən 9 min funt sterlinq (təxminən 20 min manata yaxın) kredit götürə bilib.

Gənc Daniel bunlarla da kifayətlənməyib. O, atasını aldatmaq üçün anasının səsini təqlid edib və onun xeyli pulunu mənimsəyib. Ona qarşı irəli sürülən ittihamları qəbul edən Daniel 1 il müddətinə azadlıqdan məhrum edilib, həmçinin barəsində atasından 5 illik uzaqlaşdırma qərarı verilib.

 

 

0.018243074417114