Yunanıstanda son sutka ərzində onlarla meşə yandı

Yunanıstanda son sutka ərzində onlarla meşə yandı
 

Yunanıstanda istilər və güclü külək səbəbindən son 24 saat ərzində 46 meşə yanğını baş verib.

Paralel.az “HaberGlobal”a istinadla xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidməti məlumat verib.

Belə ki, yaxın günlərdə ölkənin bir çox bölgəsi üçün yüksək meşə yanğını riski xəbərdarlığı edilib.

Paytaxt Afinanın da daxil olduğu Attiki Bölgəsindəki meteoroloji şəraitin meşə yanğınları riskini artırdığı vurğulanıb.

Ölkədə istilərin iyulun 20-də pik həddə çatacağı gözlənilir.

0.018737077713013