Xarici İşlər Nazirliyi Əfqanıstana və Braziliyaya baş sağlığı verib

Xarici İşlər Nazirliyi Əfqanıstana və Braziliyaya baş sağlığı verib
 

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana və Braziliyaya başsağlığı verib.

Bununla bağlı XİN-in “X”dəki hesabında paylaşımlar edilib.

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi.

Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - XİN qeyd edib.

XİN-in digər bir paylaşımında qeyd edilib:

"Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik".

 

0.043099880218506