Ukraynaya məxsus sonuncu taxıl gəmisi Odessadan ayrıldı

Ukraynaya məxsus sonuncu taxıl gəmisi Odessadan ayrıldı
 

Ukraynaya taxıl məhsullarının ixracına icazə verən müqaviləyə əsasən, bu gün müqavilənin müddətinin bitməsinə bir gün qalmış sonuncu gəminin çıxdığı bildirilib.

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, “MarineTraffic” “TQ Samsung” gəmisinin limandan ayrıldığı barədə məlumat verib.

Rusiya özünün taxıl və gübrə məhsullarına olan tələbləri yerinə yetirilməsə, BMT və Türkiyənin vasitəçiliyi ilə razılaşmanı uzatmayacağını bildirib.

Xatırladaq ki, keçən il əldə olunan razılaşma Rusiyanın Ukraynaya hərtərəfli müdaxiləsinin qlobal ərzaq təminatında problemlər yaradacağına dair narahatlıqlardan sonra imzalanıb.

Həm Ukrayna, həm də Rusiya dünyanın əsas taxıl ixracatçılarıdır.

 

0.020032167434692