Milan Kunderanın həyatının mənası və "mənasızlığın təntənəsi" - Məmməd Talıblı

Milan Kunderanın həyatının mənası və
 

Dünən (12.07.2023) Fransa ədəbiyyatının müasir nasirlərindən olan Milan Kundera vəfat etdi. Az yaşamadı, 94 yaşında həyata “əlvida” dedi.

M.Kundera 1975-ci ildən Fransada yaşamağa qərar verən çex yazıçısıdır. Onun yazdığı “Mənasızlığın təntənəsi” romanı onun 10-cu romanıdır. Romanın girişi “etinadsızlıq bayramı”na tərif verməklə başlanır.

Müəllif hesab edir ki, dünyada belə ən əhəmiyyətli problemləri işıqlandırmaq, bununla belə bir kəlmə söz belə söyləməmək, müasir dünya reallığıan heyran qalmaq, bununla belə hər cür realizmdən uzaq durmaqdır etinadsızlıq bayramı. Yaşadğımız dünyanın eybəcərliklərin duyursan, yaşadığımız cəmiyyətin naqisliklərin görürsən, lakin passiv müşahidəçi olaraq seyrçi mövqedə qalırsan.

Başının salamaq qalması üçün şəxsi planda xoş günlərini yaşayırsan, ailən üçün kiçik bir xoşbəxtlik aurası qurursan və bayramına qovuşursan. Bu sənin şəxsi bayramın olur, ictimai ovqatı içinə almır.

Bizim cəmiyyət üçün “etinadsızlıq bayramı”nın yaratdığı mənəvi böhranın nə qədər aktual olduğu mənim diqqətimi xüsusi ilə çəkmişdi.

Roman da Stalinin obrazını tanımaq olur. Stalinin dilindən qəddar dövlət başçılarının səfeh dünyagörüşlərin izhar edir. Yazıçının dil üslubu və zəngin epitetləri stalinizmi tanımaqla yanaşı, Stalinin özünün “ürəkli hiyləgərliliyini” tanıtmağa geniş imkanlar açır.

Burada təkcə Stalini, Stalinin dərsini təqdir edənləri ələsalma ilə sifətlərini ifadə edərək: “Stalin dünyada ən qüdrətli başçısına çevrilmişdi və özü də bunu yaxşı bilirdi. Bütün prezidentlər və krallar arasında əclaflıqla ölçülüb-biçilmiş ciddi siyasi qərarlara tüpürə bilən, tamamilə şəxsi, ərköyün, ağılsız, əcaiblikdən misli-bərabər olmayan, mükəmməl absurdluluğu ilə seçilən qərar qəbul etməkdən çəkinməyən yeganə insan olduğuna görə ürəyi hiyləgər sevinclə aşıb-daşırdı.”

Daha sonra qəddar dikatorların özünəməxsus düşüncələrini qamçılayan məqamlar var. Müasir dünyada üzrxahlıq bir mədəniyyət ölçüsü olduğu halda, siyasi mədəniyyətsizliyin doğurduğu diktatorların təbiətində etiraf cinayətə bərabər sayıldığına dair bir dialoq var.

- Eh zavallı, dostum, deməli, sən də üzrbazlar ordusuna daxilsən.
Sən də öz üzrxahlığınla başqasının könlünü almaq istəyirsən.

- Yəqin ki.

- Və səhv edirsən. Üzr istəyən adam günahkar olduğunu etiraf edir. Əgər özünü günahkar hesab edirsənsə, qarşındakı adamı səni açıq şəkildə camaatın gözü qarşısında təhqir etməyə, ifşa etməyə həvəsləndirirsən. Sən ölən günə qədər... Hər şey ilk üzrxahlığın faciəvi nəticələridir.

- Haqlısan. Üzr istəmək lazım deyil. Bununla belə hamının bir nəfər kimi, istisnasız, gərəksiz yerə, lap ağını çıxara-çıxara səbəbsiz halda üzr istədikləri, üzrxahlıqlarının içində itib-batıqları bir dünyada yaşamaq istəyərdim.

(ardı var)

"Paralel.az"

0.10599899291992