İctimai xadimlərin "bədən dilləri" - Məmməd Talıblı 

İctimai xadimlərin
 

Şəkildə gördüyünüz bu şəxslərin davranışı bizə qeyri-verbal mesajlar ötürür. Xüsusilə hər biriniz ABŞ prezidenti Trampın bədən dilinin nə qədər qüsurlu olmasını əksər əlamətlərinə görə qiymətləndirirsiniz.

İctimai xadimlərin davranışları çox zaman müzakirə predmeti olur. Onların qeyri-adekvat davranışlarına görə ələ salınır. Yüksək etiket qaydalarına və nəzakətli davranışlarına görə təqdir olunurlar.

Əslində bəs dövlət xadimlərinin “bədən dilləri” necə olmalıdır sualı qarşımıza çıxır. Mükəmməl bədən dilinə necə sahib olmaq düçüncəsi ictimai fəal şəxsləri dərindən düşündürür. Bu dəfə məhz bu haqda yazmaq istəyirəm.

Bədən dili dedikdə, ağlımıza dərhal bunlar gəlir — bədən duruşu, jestlər, mimikalar, göz təması, başın hərəkəti, ayaqların duruşu, oturma forması, oturmaq üçün seçilən yer, məsafə, geyim, istifadə edilən aksesuarlar və s.

Bədən dili niyə vacibdir sualına cavab olaraq xeyli arqumentlər yaza bilərik. Amma bir tədqiqatın nəticələrin yazsam, yəqin ki, razılaşarsız ki, bu çox vacib bir keyfiyyət sayıla bilər. İnsanlar bir-birləri ilə qarşılaşdıqları zaman ilk saniyələr çox vacibdir. Hər iki tərəfdə bir-birləri haqqında 80% təsəvvür o anda formalaşır və ilkin təəssürat asanlıqla dəyişmir.

Siyasətçilərin pozitiv bədən dilləri olduğu kimi, neqativ bədən dilləri də var. Mən bu yazı da siyasətçilərin pozitiv bədən dilləri haqqında məlumat verəcəm.

Onlar əsasən bu istiqamətlər üzrə qruplaşdırmaq olar:

• Dik və rahat durur
• Adları və insanları unutmaz
• Güvənverici bir duruşu vardır
• Əl və qol hərəkətləri ilə ətrafdakılara müsbət enerji yayar
• Əllərini və üzünü gizlətməz
• Salamlaşarkən gülərüzlüdür və kopud sifətli deyil
• Çoxluq olsa da, sizi tanıyırsa, diqqətini çəkərsiniz və sizə yönələr  

______________

Bütün insanlar qarşımızdaki insanla ünsiyyət qurarkən 3 kanaldan istifadə edir. söz, səs və bədən dili.

SÖZ burada əsas məzmun nəzərdə tutulur.

SƏS burada tonlama, tələffüz, vurğu nəzərdə tutulur.

BƏDƏN DİLİ burada isə mimiklər, bədənin vəziyyəti, baxışlar, məsafəniz və s. nəzərdə tutulur.

Qarşımızdaki insan duyğularımızı bu üç kanal vasitəsilə anlayır.
Söz – 7%
Ꮪəs – 38%
Bədən dili- 55%

Tədqiqatlara görə İfadə baxımından bədən dilinin şifahı nitqdən daha güclü olduğu müəyyən edilmişdir.
Mikelageionun belə bir kəlamı vardır: «Ruhun sirri bədənin hərəkətləri ilə meydana çıxar.»

Bilirəm ki, hər biriniz tanınmış ictimai xadimlərin bədən dillərini bəyəndiyiniz üçün onların nitqinə qulaq asır və ya əksinə o, çıxış edən zaman televizorlarınızını söndürürsünüz.

Sizin həmin tanınmış siyasətçilərin bədən dillərində mənfi halları bu amillərə görə qiymətləndirirsiniz:
* Kopud sifətli və qaşları çatıqdır
* Danışdığı adama baxmaq və yandan danışar
* Gecikdirərək salamlaşır
* Tez əsəbləşir
* Cəza verər, bağışlamaz
* Yavaş danışar
* Əmrverici hərəkətlər edər
* Qarşısındakı adamla sərt danışır, əllərini sərt qaldırır və endirir
* Bir nöqtəyə baxır

"Paralel.az"

0.082221031188965