"Oğuzlar" məfhumu "Türklər" məfhumu ilə necə əvəzlənmişdir? -Həsən Əliyev 

 

Hörmətli dilçi alim Pr. Kamil Allahyarovun bu günlərdə özünün 11 iyul 2019-cu il tarixdə dərc etdiyi "TÜRK TERMİNİNİN TARİXİ" məqaləsini oxudum.Məqalə sterotip məqalələrdən fərqli olduğunadan diqqətimi cəlb etdi.Alim doğru olaraq göstərir ki, Oğuzlara "türk" adı XI əsrdən iranlılar tərəfindən verilmişdir."Farslar onlara o qədər "türk-türk" dedilər ki, axırda oğuzların sonrakı nəsilləri artıq "türk" sözünü öz etnik adları kimi tanımağa başladılar."
Alim digərlərindən fərqli olaraq "türk" sözünün "törəyən" sterotipini təkrarlamır, oğuzlara "türk" adının verilməsini sonralardan meydana gəlməsini göstərir.Doğru olaraq qeyd edir ki, epik əsərlərimizin heç birində "türk" məfhumu işlənməmişdir.
Alimin məqaləsinə öz fikrirlərimi bildirmək üçün mənim f/b-də 23 yanvar 2022-ci ildə dərc etdiyim məqaləmi bir daha Sizlərlə paylaşıram.
"TÜRKİYƏ BU GÜN ADINI BEYNƏLXALQ ALƏMDƏ NİYƏ DƏYİŞİR?"
Türkiyə hökuməti dövlətin adını beynəlxalq aləmdə “Turkey” deyil “Turkiye” adlandırılması üçün kampaniyaya başlayıb.
Mən “f/b” səhifəmdə “OĞUZLAR MƏFHUMU TÜRKLƏR MƏFHUMU İLƏ NECƏ ƏVƏZLƏNMİŞDİR.” məqaləmdə Böyük Türk dilçisi Faruk Sümərin (məkanı nurla dolsun) “OĞUZLAR(TÜRKMƏNLƏR) əsərində (tərcümə Pr.Ramiz Əskərindir) qöstərir ki, Oğuzlara türk adının verilməsi 1040-cı ildə Səlcuqların Xorasanı fəth etdikdən sonra, ordu içərisində yazı savadının az olması səbəbindən, vergilərə nəzarət etmək məqsədi ilə yazı işini bilən yerli iranlılardan mülki idarələrdə istifadə etmişlər.Müəllif qeyd edir ki, Oğuzlara "Türk" adının verilməsi mülki vəzifə tutmuş iranlılar tərəfindən verilmiş kimi görünür.Hələ XI əsrdə oğuzlar məfhumunun “ox” inancından yaranması digər xalqlar tərəfindən də qəbul olunurdu.Alim qeyd edir ki, elə bu dövrdən də "türk" sözü "oğuz" sözünü sıxışdırıb, onu əvəzləmişdir.Səlcuqların bayraqları da ox rəsmləri ilə bəzədilirdi.Bu nöqteyi nəzərdən də iranlılar “ox” sözünün mənasını fars dilində bildirən “tir”, “inanc” sözünün mənası olan “kiş” sözü ilə ifadə edib onları “Tirkişlər” adlandırmışlar.Daha sonralar qarışıq şivələr əsasında bu məfhum “türkiş, tirkeş, tirkiş və s. kimi dəyişikliyə uğramışdır.Azərbaycanın ərazisində "Tirkişəvənd, Tirkeş, Tirkiş və s. adlı toponimlər mıvcuddur.Hətta bu gün Böyük Qələbədən sonra azad olunmuş Zəngilan rayonunda Oxçu çayının sahilində yerləşən kəndin adı da Tiri adlanır.Həmin semantikadandır.Faruk Sümər öz sələflərinə sadiq qalaraq, özünün açdığı cığırı axıracan getməmiş və “türklər” sözünü “törəyən” sözü ətrafında izah etmişdir.(Məgər başqa xalqlar törəmirmi?)
Digər məqaləmdə “TARİXƏ DİLÇİLİKDƏN BAXIŞ” avropalıların və rusların dillərində Oğuzların inancı olan “ox” məfhumununa nəzərən ruslar “ovçu” sözünü “охотник”, avropalılar isə Oğuzların kökünün Hun olduğunu bilərək, “ovçu” sözünü “hunter” adlandırmışlar.Hətta bu gün avropalıların özlərinin müqəddəs Kristimas süfrəsinə qoyduqları hindquşuna (hinduşqa) da bu quşların qədim Hunlar tərəfindən əhilləşdirildiyi nəzərincə bu quşu “turkey” adlandırmışlar.(Avropalılar Hunları Türklər kimi qəbul etmişlər.)
Bu gün gündəmdə olan “Turkiye” kampaniyasının əsas səbəbi budur.Təəssüflər olsun ki, heç Türklər bunun tarixi dərinliyini özləri də bilmirlər...
Hələ bundan acınacaqlısı dünya ölkələrinin lüğətlərində (ruslardan başqa ) “Hun” məfhumunun tərcüməsini “barbar, varvar” kimi verirlər.(Tək ruslar Hun- Гун kimi verirlər.)Hətta özümüzün “İngiliscə-Azərbaycanca” lüğətimizdə də “Hun” sözü “varvar, barbar”, ”Турецко-Русский словарь”da da “кровная, жестокость” kimi verilmişdir.Bunun əsas səbəbi Avropaya, farslara qan udduran Atilladan, Tomrisdən gəlir.Avropalıların məramın bildik, bəs özümüzə sözümüz nədir?...
P.S.Əksərən bir çox xalqların adları digər xalqlar tərəfindən verilmişdir.Macarlara türklər "hunqarlar" adı vermiş, avropalılar "venqerlər"-yəni müasir "Avstriya-Macarıstan" termininindən yaranmadır.Avstriyanın qədim mərkəzi və adı Vena şəhırinin adından və hunqar adındakı "qor-qr" sözündən formalaşmışdır.Rusların adı latınlar tərıfindən verilmişdir.Rusların inanclarının adları ilə adlandırmışlar.Latın dilində "ursus"-"ayı"; "urus"-"öküz" deməkdir.Ruslar "ayını", beloruslar isə "öküzü" özlərinə inanc seçmişlər.Biz bu inancları onların olimpiada oyunlarında milli rəmzləri kimi görürük."Slavyanlar" adı da latınlar tərəfindən verilmişdir.Latın dilində "sol" günəş inancının adıdır.Və s.
Mən türklərin adının düzəlişinə dair məqalələrimi Türkiyə dövlətinin "Türkey" adına etirazlərından əvvəl yazmışdım.Nəhayət ki, mənim bu arzum yerinə yetdi.İnanıram ki, nə vaxtsa dediyim "TEOLİNQVİSTİKA" da ayaq tutub yeriyəcəkdir.Elə "türk" adının özü də teolinqvistikadan bəhrələnmişdir.İstər türkün "oğuz" adı, istərsə də "türk" adı, hər ikisi də "ox" inancının adındandır.
Araşdırmalarımdan belə çıxır ki, mənim məqalələrimdə mənbənin olmamağı mənbələlərin olmamağındandır.Aydın olur ki, elə ilk mənbənin özü mənim yazdıqlarımdır.Təvazökarlıqdan kənar çıxsa da, görükən budur.Əgər qədim sözləri açarkən semantika fonetik cəhətdən və məntiqə uyğun gəlirsə, sübuta sübut gərək deyildir.
Elmin canı yenilikdir."Keçmiş tariximiz, yenilik isə gələcəyimizdir." (H.Ə)

"Paralel.az"

0.029764890670776